Bəzi nəşrlər 90-cı illərin büdcəsi ilə fəaliyyət göstərir - Deputat
Milli Məclisin deputatı Elnarə Akimova ədəbi mətbuat orqanlarına dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasının vacibliyini gündəmə gətirib. Sfera.az xəbər verir ki, deputat parlamentdə çıxışı zamanı bildirib ki, qloballaşma və elektron medianın inkişafı fonunda milli yaddaşın, mentalitetin qorunmasında mətbuatın rolu xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə “Ədəbiyyat qəzeti”, “Ulduz”, “Azərbaycan” və “Qobustan” jurnallarının