Logo

Azərbaycana qida idxalı sürətlə artır - Bu məhsullar daha çox alınır

Azərbaycana qida idxalı sürətlə artır - Bu məhsullar daha çox alınır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
0:00 0:00

Azərbaycana qida məhsullarının idxalında artım sürəti son illərdə xeyli yüksəlib.

Sfera.az xəbər verir ki, artımın sürəti ümumi idxaldakı artımı ötüb.

Dövlət Gömrük Komitəsinin və Dövlət Statistika Komitəsinin rəsmi hesabatlarına əsasən, Azərbaycanın yeyinti (qida) məhsulları idxalı dəyər ifadəsində son 10 ildə təxminən 2,35 dəfə artaraq 2,6 milyard dollara çatıb. 10 il əvvəl qida məhsullarının idxal dəyəri 1,1 milyard dollar idi.

İdxal edilən qida məhsullarının strukturuna baxdıqda görürük ki, ən çox artım buğda və dənli bitkilərdə, ət və ət məhsullarında, kərə yağı və süd məhsullarında, bitki yağlarında, çay və tropik meyvələrdə olub.

Buğda və digər dənli bitkilərin idxalının artması ötən 10 ildə əhalinin artması və un məmulatlarına tələbatın çoxalması ilə əlaqələndirilir. Bu səbəbdən buğda, qarğıdalı və düyü idxalının ümumi statistik çəkisi və dəyəri əhəmiyyətli dərəcədə artıb.

10 il əvvəl 190-210 milyon dollar olan idxalın dəyəri ötən il 280-320 milyon dollara yüksəlib.

Son illərdə ölkədə ət istehlakının artması fonunda xaricdən gətirilən heyvan və quş ətinin həcmində kəskin artım qeydə alınır. Təkcə iribuynuzlu heyvan ətinin və quş ətinin idxalında hər il ikirəqəmli artım templəri müşahidə olunur.

Buna görə də idxalın dəyəri 35-45 milyon dollardan 110 milyon dollara qədər yüksəlib.

Kərə yağı və süd məhsullarında idxalının artması tələbatın artması ilə izah olunur.

Azərbaycan daxili kərə yağı tələbatının əhəmiyyətli hissəsini xarici bazarlar hesabına ödəyir. Son 10 ildə ölkəyə gətirilən kərə yağının fiziki həcmi təxminən 2 dəfə artıb, qiymət artımları ilə birlikdə bu məhsula xərclənən vəsait də kəskin yüksəlib. Süd və digər süd məhsullarının (xüsusilə pendir növləri, quru süd) idxalı da yüksələn qrafikə malikdir.

Bu məhsul qrupu üzrə idxal 60 milyon dollardan 140 milyon dollara qədər 2 dəfədən çox artıb.

Bitki yağları (günəbaxan, qarğıdalı, palma yağları) idxal siyahısında davamlı artım göstərən mal qruplarındadır. Son 10 ildə bu növ yağların idxal dəyəri 130 milyon dollardan 250 milyon dollara yüksəlib.

Son 10 ildə meyvə-tərəvəz idxalı da sürətlə artıb. Yerli iqlim şəraitində yetişməyən tropik meyvələrə (banan, kivi, sitrus meyvələri və s.) tələbatın artması bu qrupun da idxal həcmini xeyli böyüdüb. Meyvə-tərəvəz idxalı bu müddətdə 75 milyon dollardan 210 milyon dollara kimi artıb.

Onu da qeyd edək ki, idxal dəyərinin belə sürətlə böyüməsi daxili bazarda da özünü göstərib. Son 10 ildə ölkədə kərə yağı, düyü və çay kimi məhsulların pərakəndə satış qiyməti orta hesabla 2–3 dəfə artıb.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR