Logo

Pentaqon müharibə üçün 70 milyard dollar istəyir

Pentaqon müharibə üçün 70 milyard dollar istəyir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
0:00 0:00

"New York Times"ın məlumatına görə, Pentaqon İrana qarşı hərbi əməliyyatların maliyyə hesabatını ötən həftə Konqresə təqdim edib.

Sfera.az xəbər verir ki, hesabata əsasən, son altı həftədə əməliyyatların xərci daha 3,5 milyard dollar artıb.

Beləliklə, fevralın 28-dən oktyabrın 16-dək ABŞ-nin bu münaqişəyə xərclədiyi ümumi vəsait 47,1 milyard dollara çatıb.

Maliyyənin 60 faizindən çoxu, yəni 29 milyard dolları sırf sursatlara sərf olunub. Silah xərclərinin kəskin artması səbəbindən "Patriot" hava hücumundan müdafiə sistemləri də daxil olmaqla bir çox kritik silahların ehtiyatı tükənib. Bu çatışmazlığı aradan qaldırmaq üçün Vaşinqton Asiya və Avropadakı hərbi bazalarının arsenallarına müraciət etməli olub.

Bölgəyə 50 mindən çox hərbi qulluqçu cəlb edən ABŞ, quru qoşunlarının əməliyyatlarına 2,1 milyard dollar, qırıcı və bombardmançı təyyarələrin uçuşlarına 7,6 milyard dollar, 20-dən çox hərbi gəminin yerləşdirilməsinə isə 1,5 milyard dollar xərcləyib. Zədələnmiş və məhv edilmiş texnikaların yenilənməsinə 6,1 milyard dollar, xüsusi təyinatlı qüvvələrə 645 milyon dollar, logistika, tibbi xidmət və kibermüdafiəyə isə milyonlarla dollar vəsait ayrılıb.

Toqquşmalarda 18 ABŞ əsgəri həlak olub, 860-dan çoxu isə yaralanıb. Yaranan ehtiyacları qarşılamaq üçün Ağ Ev Konqresdən yeni silah və personal təminatı məqsədilə əlavə 70 milyard dollar tələb edib. Pentaqon hələlik mövzu ilə bağlı rəsmi açıqlama verməyib.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR