Logo

Xroniki yuxusuzluq ciddi xəstəliklərə səbəb ola bilər

Xroniki yuxusuzluq ciddi xəstəliklərə səbəb ola bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xroniki yuxusuzluq sağlamlıq üçün ciddi təhlükə yaradır. Bu barədə Sankt-Peterburqdakı “SM-Klinika”nın həkim-somnoloqu, tibb elmləri namizədi Aleksandr Kazaçenko xəbərdarlıq edib.

Sfera.az xəbər verir ki, mütəxəssis bu barədə “Lenta.ru” nəşrinə danışıb.

Həkimin sözlərinə görə, bir və ya iki gecə yuxusuz qalmaq, güclü yorğunluq zamanı həddindən artıq fiziki yüklənmədən qaçıldığı təqdirdə, sağlamlıq üçün ciddi problem yaratmaya bilər. Əsas təhlükə yuxu pozuntuları müntəzəm xarakter aldıqda ortaya çıxır. Belə ki, yuxusuzluq həftədə üç dəfədən çox baş verir və ən azı üç ay davam edirsə, bu, xroniki problem hesab oluna bilər.

Kazaçenko bildirib ki, xroniki yuxusuzluq insanın idrak qabiliyyətlərinə mənfi təsir göstərir, depressiyanın yaranmasına səbəb ola və maddələr mübadiləsini poza bilər. Bu isə çəki artımı, şəkərli diabet, ateroskleroz və yüksək qan təzyiqi riskini artırır. Ürək xəstəliyi olan insanlarda isə infarkt və insult ehtimalı yüksələ bilər.

Mütəxəssis qeyd edib ki, yuxusuzluğun sağlamlığa təsiri tədricən özünü göstərir. İlkin mərhələdə insan davamlı yorğunluq, halsızlıq, yaddaş və diqqət zəifliyi hiss edə bilər. Daha sonra əhval-ruhiyyə pisləşə, maddələr mübadiləsində pozuntular yarana bilər.

Həkimin sözlərinə görə, yuxusuzluğun nəticələri yaşdan ciddi şəkildə asılı olmasa da, gənc orqanizm daha sürətli bərpa olunduğu üçün mənfi təsirlər özünü gec göstərə bilər.

Qeyd edək ki, daha əvvəl nevroloq və somnoloq Nikolay İlyin axşam saatlarında bəzi içkilərin yuxu problemlərinə səbəb ola biləcəyini bildirib. O, xüsusilə axşam saatlarında spirtli içkilərdən uzaq durmağı tövsiyə edib.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR