Logo

ABŞ-nin İrana qarşı əməliyyatlarının dəyəri 50 milyarda yaxınlaşdı

ABŞ-nin İrana qarşı əməliyyatlarının dəyəri 50 milyarda yaxınlaşdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
0:00 0:00

ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına 47,1 milyard dollar xərcləndiyi açıqlanıb. Bu vəsaitin 60 faizindən çoxu bomba, raket və digər sursatların alınmasına sərf olunub.

Sfera.az xəbər verir ki, bu barədə Pentaqonun ötən həftə Konqresə təqdim etdiyi məlumatda bildirilib.

Məlumata görə, əməliyyatlar çərçivəsində sursat xərcləri 29 milyard dollara çatıb. Bunun nəticəsində “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər də daxil olmaqla, bəzi mühüm silahların ehtiyatları azalıb.

Bundan başqa, ABŞ Asiya və Avropadakı hərbi birliklərinin sursat ehtiyatlarından da istifadə edib.

ABŞ regiona 50 mindən çox hərbçi göndərib. Hərbi əməliyyatlar çərçivəsində xərclər müxtəlif istiqamətlər üzrə bölüşdürülüb.

Belə ki, Quru Qoşunlarının fəaliyyəti üçün 2,1 milyard dollar, Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri və bombardmançı aviasiyasının əməliyyatları üçün 7,6 milyard dollar xərclənib.
Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmilər də daxil olmaqla, 20-dən çox döyüş gəmisini regionda yerləşdirməsi isə ABŞ-yə 1,5 milyard dollara başa gəlib.

Zədələnən və ya məhv edilən hərbi təyyarələrin, eləcə də digər avadanlıqların yenilənməsi üçün 6,1 milyard dollar ayrılıb.

Xüsusi əməliyyat qüvvələrinin regiona göndərilməsi və dəstəklənməsinə 645 milyon dollar, material və avadanlıqların daşınmasına 92,2 milyon dollar, kiberməkanda dəstək əməliyyatlarına 14 milyon dollar, tibbi dəstəyə isə 24,5 milyon dollar vəsait sərf olunub.
Məlumata əsasən, döyüşlər nəticəsində 18 ABŞ hərbçisi həlak olub, 860-dan çox hərbçi yaralanıb.

ABŞ administrasiyası yeni silahların və şəxsi heyətin təmin edilməsi məqsədilə əlavə 70 milyard dollar büdcə vəsaiti tələb edib.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR