Dinozavr skeleti 47,3 milyon dollara satıldı
Kateqoriya məlum deyil
ABŞ-də aşkar edilən və yeni dinozavr növünə aid olduğu bildirilən skelet Nyu-Yorkda keçirilən hərracda 47,3 milyon dollara satılıb.
Sfera.az xəbər verir ki, Montana ştatında tapılan və təxminən 3 metr uzunluğunda olan skelet “Sotheby’s” hərrac evində satışa çıxarılıb.
Hərrac evinin açıqlamasında “Jodi” adı verilən skeletin 191 fosil sümüyünün birləşdirilməsi ilə formalaşdırıldığı və yaxşı qorunub saxlanıldığı bildirilib.
İlkin qiyməti 6 milyon dollar olan skeletin 9 milyon dollardan artıq məbləğə satılacağı gözlənilsə də, yekun satış qiyməti 47,3 milyon dollar təşkil edib.
Təxminən 67 milyon il yaşı olduğu ehtimal edilən “Jodi”nin satış qiyməti ilkin gözləntiləri xeyli üstələyib.
İradə Elsevər






