Logo

İtaliyada maraqlı eksperiment: Restoranlarda telefonlar qadağan olunur

İtaliyada maraqlı eksperiment: Restoranlarda telefonlar qadağan olunur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İtaliyanın Sardiniya adasında 15 restoran ailələrin yemək zamanı mobil telefon və digər elektron cihazlardan istifadəsini məhdudlaşdırmağa yönəlmiş layihəyə qoşulub. Təşəbbüsün məqsədi uşaqların ekran qarşısında keçirdiyi vaxtı azaltmaq və ailədaxili ünsiyyəti gücləndirməkdir.

Sfera.az xəbər verir ki, “The Guardian” qəzetinin məlumatına görə, “A tavola senza schermi” adlı layihə Sardiniya Uşaq Ombudsmanı Anna Kaunun təşəbbüsü ilə həyata keçirilir.

Gələn həftə başlayacaq və bir ay davam edəcək pilot layihədə könüllü iştirak edən 15 restoranda ailələrdən yemək müddətində telefonlarını kənara qoymaları xahiş ediləcək.

Əvvəllər uşaq məhkəməsində hakim vəzifəsində çalışmış Anna Kau bildirib ki, təşəbbüsün məqsədi yalnız qadağalar tətbiq etmək və ya bütün məsuliyyəti valideynlərin üzərinə qoymaq deyil. Onun sözlərinə görə, uşaqların başqaları ilə ünsiyyət qurmasına şərait yaradılmalı, valideynlər də cəmiyyət tərəfindən dəstəklənməlidir.

Layihə çərçivəsində telefonlarını kənara qoyan ailələrə restoran əməkdaşları tərəfindən oyun və rəsm materiallarından ibarət xüsusi dəst veriləcək.

İtaliya Pediatrlar Federasiyası tərəfindən hazırlanmış dəst 18 yaşdan kiçik uşaqların valideynləri ilə söhbətə başlamasını və gündəlik təəssüratlarını bölüşməsini təşviq etmək məqsədi daşıyır.

Anna Kau qeyd edib ki, restoranlarda təqdim olunacaq oyunlar nahar və şam yeməyi müddətinə uyğun şəkildə hazırlanıb və müəyyən vaxt çərçivəsində oynanılacaq.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR