Kral Çarlz oğlunun zənglərinə cavab vermir - Krallıqda yeni böhran
İngiltərə Kralı III Çarlz ilə oğlu, şahzadə Harri arasında gərginlik yaranıb. İddialara görə, Kral oğlu Harridən gələn zənglərə və əlaqə cəhdlərinə cavab vermir. Sfera.az xəbər verir ki, "People" jurnalının məlumatına görə, Harri atasının xərçəng olduğunu yalnız mediadan öyrənib. O, Kral Çarlzla əlaqə qurmağa çalışsa da, zəng və məktubları cavabsız qalıb. Mənbələr ata-oğul münasibətlərini “məsafəli” adlandırır. "Son görüşləri bu ilin fevralında baş tutub, o vaxtdan bəri birbaşa ünsiyyət