"İran nüvə silahına sahib olmağa çox yaxındır" - Ekspert

"İran nüvə silahına sahib olmağa çox yaxındır" - Ekspert

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossinin son açıqlaması dünya ictimaiyyətində ciddi rezonans doğurub. Qrossinin sözlərinə görə, İranın bir deyil, bir neçə nüvə bombası yaratmaq üçün kifayət qədər materialı var, lakin hələlik bu silahı tam formalaşdırmayıb. Bununla belə, AEBA rəhbəri etiraf edir ki, İran artıq bu məqsədə çox yaxındır.

 

Bu açıqlamalardan sonra Türkiyə mediası iddia edib ki, İran artıq nüvə silahına sahibdir. 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Fərhad Məmmədov qeyd edib ki, nüvə silahına sahib olmaq bir neçə komponentdən asılıdır:

 

"Birinci komponent nüvə maddəsinin özü, yəni silah üçün istifadə edilə bilən materiallardır. İran bu sahədə artıq böyük irəliləyiş əldə edib. Onlar sülh məqsədli nüvə proqramını hərbi məqsədlərə yönəltməyə qadir olduqlarını göstəriblər və ehtimal etmək olar ki, bu keçid prosesini müəyyən qədər həyata keçiriblər”.

 

 

 


F.Məmmədov əlavə edib ki, ikinci vacib məsələ bu nüvə maddəsinin daşıyıcı sistemə, yəni raketlərlə inteqrasiyasıdır:


“Hazırda İran bu mərhələdə təcrübəsizdir. Əgər onlar nüvə silahını raketə yerləşdirib uğurla sınaqdan keçirmiş olsaydılar, bu, dünya ictimaiyyətinin diqqətindən yayınmazdı. Hələlik belə bir sınaq qeydə alınmayıb”.


Politoloq üçüncü və ən narahatedici komponentin isə İranın raket proqramı olduğunu bildirib:


“ABŞ və İsraili ən çox narahat edən məhz İranın raket proqramıdır. Onlar artıq 2000 kilometr məsafəni qət edən raketlərə sahibdirlər. Əsas məsələ isə bu raketlərə nüvə başlıqları yerləşdirib onları uzaq məsafələrə göndərməkdir. Yəni, İranın həm nüvə maddəsi, həm də daşıyıcı raketləri var, amma bu iki komponentin tam sinxron şəkildə işləməsi, nüvə başlıqlı raketin sınaqdan keçirilməsi hələ baş verməyib”.


Ekspertin fikrincə, bu səbəbdən hələlik İranın tam mənada klassik nüvə silahına sahib olduğunu demək çətindir. Lakin bu prosesin istənilən an tam formalaşa biləcəyi də istisna deyil.


“İran nüvə silahını bir təhlükəsizlik qarantiyası kimi görür. Gələcəkdə bu silahdan öz ərazisini qorumaq üçün istifadə edə bilər. Amma onlar bu istiqamətdə ciddi irəliləyişə nail olsalar, ABŞ və İsrail bu silahlanmanın qarşısını almaq üçün İranın bu üç komponentindən birini – ya nüvə obyektlərini, ya raket sistemini, ya da hərbi sınaq infrastrukturunu hədəfə ala bilər".


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Sosial şəbəkədə varlı görünmək istəyi gənc oğlana baha başa gəldi

Londonun mərkəzində bərbəri milyarderlə səhv salıb qaçırıblar. Belə ki, quldurlar 21 yaşlı belçikalı bərbərin zəngin kriptovalyuta alverçisi olduğunu düşünərək ...

Goranboyda meşəyə ildırım düşdü, yanğın başladı

Goranboy rayonunda meşəlik əraziyə ildırım düşüb və daha sonra ərazidə yanğın başlayıb.   Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə F...

Bankların və BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcələri AÇIQLANDI

2025-ci il iyun ayının sonuna banklar tərəfindən kredit kartı vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən ilin eyni dövü ilə müqayisədə 2 ...

İtaliyada yaşamaq üçün işini, ərini və uşaqlarını atdı - FOTOLAR

ABŞ-dan olan 64 yaşlı Cindy Sheegan (Sindi Şiqan) həyatını tamamilə dəyişib: o, işini atıb, ərindən boşanıb və xaricdə xoşbəxtlik tapmaq üçün vətənini tərk edib...

Adi bir səhv edərək lotereyada böyük cekpot qazandı

Meriland (ABŞ) sakini dörd il ərzində iki dəfə lotoreyada qalib gəlib. Britaniya vətəndaşı olan gənc qadın həyatında ikinci dəfə böyük cekpot qazanıb: onun uğur...

Allahverdi Yolçuyev işlə təmin olundu

Sosial şəbəkələrdə corab satdığı görüntülər yayılan aktyor Allahverdi Yolçuyev işlə təmin olunub.    Sfera.az xəbər verir ki, o, bu barədə Baku ...