Meloni-Tramp görüşü olacaq - Bu vacib məsələ müzakirə ediləcək

Meloni-Tramp görüşü olacaq - Bu vacib məsələ müzakirə ediləcək

İtaliya Baş naziri Corcia Meloni ABŞ Prezidenti Donald Trampın Avropa ixracatlarına tətbiq etmək istədiyi 20 faizlik gömrük rüsumlarını müzakirə etmək üçün Vaşinqtona səfər edib. Bu gün baş tutacaq görüşdə əsas müzakirə mövzusu ticarət əlaqələri və yeni gömrük siyasəti olacaq.

 

Sfera.az xəbər verir ki, Meloni Trampın bu qərarını açıqlamasından və onun müvəqqəti dayandırılmasından sonra ABŞ Prezidenti ilə üzbəüz görüşən ilk Avropa lideri olacaq. Səfər öncəsi Meloninin Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen ilə də sıx təmasda olduğu bildirilib.


Qeyd edək ki, Meloni yanvar ayında Trampın andiçmə mərasiminə dəvət edilən yeganə Avropa İttifaqı lideri olub və Tramp administrasiyası ilə münasibətləri davam etdirməkdə maraqlı olduğunu göstərir.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Sudanda qızıl mədəni çökdü: 50-dən çox insan öldü

Sudanda Atbara və Haya şəhərləri arasında yerləşən Huveyd bölgəsindəki qızıl mədəninin çökməsi nəticəsində 50-dən çox insan həyatını itirib.   Sfera....

Azərbaycanda nazirə ağır itki - Qəfil ürəktutmadan öldü - FOTO

Azərbaycanda nazirə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının səhiy...

Türkiyənin sevilən aktrisasının yeni serialı məlum oldu

Türkiyənin sevilən aktrisalarından Hilal Altınbilekin növbəti layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, o, yaxın zamanda "Sahtekarlar...

Aparıcının qızı xəstəxanalıq oldu - FOTO

Aparıcı Lətafət Ələkbərovanın qızı Rəna xəstəxanalıq olub.    Sfera.az xəbər verir ki, gözündən zədə alan Rəna əməliyyat olunub. Lətafət hazırda...

Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?

Bir neçə gün öncə "Baksol" yolu ərazisində yolun çökməsi səbəbilə baş verən bədbəxt hadisə ilə bağlı aidiyyəti qurumlar açıqlama veriblər.   ...

Yekaterinburqda işgəncələrə məruz qalan 2 azərbaycanlı xəstəxanadan buraxıldı

Yekaterinburqda iyunun 27-də saxlanılan zaman işgəncələrə məruz qalan Kamal Səfərov və Əziz Abbasov xəstəxanadan buraxılıblar.   Sfera.az xəbər ...