Ərdoğan: Türkiyə terrora tamamilə son qoymaq mərhələsinə çatıb

Dünya
18:15 / 17.04.2025
11957
Türkiyə terrora tamamilə son qoymaq mərhələsinə çatıb.
Sfera.az “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan komandoların məzuniyyət tədbirində çıxışında deyib.
O bildirib ki, Türkiyə terrorla mübarizə üçün ortaya qoyulan səylərin nəticəsini görür: “Terrorsuz Türkiyə məqsədimizə çatmaq üçün qardaşlığımızı daha da gücləndirəcək addımlar atırıq. Bu günə qədər böyük səbir, qətiyyət və həssaslıqla prosesi idarə etdik. Terrorsuz Türkiyə məqsədimizə çatanda qarşımızda yeni səhifə açılacaq”.