Bu şəhərə giriş sabahdan pullu OLACAQ

Bu şəhərə giriş sabahdan pullu OLACAQ

Dünyanın bir çox ölkəsi turist cəlb etmək üçün böyük səylər göstərdiyi bir vaxtda İtaliyanın Venesiya bölgəsi həddindən artıq turistlərə qarşı tədbir görməyə başlayıb.

 

Sfera.az xəbər verir ki, bu çərçivədə sıxlığı azaltmaq istəyən şəhər rəhbərliyi şəhərə gəlmək istəyən ziyarətçilərdən pul yığmağı düşünür.

 

Hazırda şəhərə gələn turistlərdən 5 avro ödəniş tələb edilməsi gündəmdədir.

 

Venesiya hökuməti şəhərin tarixi və mədəni irsini qorumaq üçün 2024-cü ilin aprel-iyul aylarında tətbiq etidiyi "giriş haqqı"nı yenidən alacaq.
 

Məlumata görə, sabahdan etibarən (18 aprel) şəhərə girişdə turistlərdən 5 avro tələb ediləcək.

 

Builki tətbiqin ən mühüm yeniliyi isə son anda bir günlük səfər etmək istəyənlərdən ikiqat haqq alınacağıdır.
 

Bu təcrübə şəhərə gələnlərin sayına o qədər də təsir etməsə də, gözlənildiyindən çox pul qazandırıb. Keçən il şəhər mərkəzinə giriş haqqı ödəmək məcburiyyətində qalan turistlər sayəsində 2,4 milyon avro gəlir əldə edilib.

 

Bu il onlayn da ödənilə bilən rüsum 5 avro olaraq qalacaq, lakin səyahətə üç gün qalmış alınan biletlər ikiqat bahalaşacaq. 14 yaşdan kiçik uşaqlar üçün ödəniş tələb olunmayacaq.
 

Qeyd edək ki, hər il təxminən 30 milyon insan Venesiyanı ziyarət edir və hazırda dünyada giriş haqqı alan ilk böyük turizm şəhəridir. (Ölkə.az)


OXŞAR XƏBƏRLƏR

Romantik adı olan təyyarə Okean üzərində müəmmalı şəkildə yoxa çıxdı - FOTOLAR

“PAA-944” kod adı verilən “Pan American World Airways Flight 7”nin müəmmalı şəkildə yoxa çıxmasından 70 ildən çox vaxt keçir. Təyyarənin...

Ekipajsız üzən sirli xəyal gəmisinin sahildə görünməsinin sirri açıldı - FOTO

Florida çimərliyində tərk edilmiş halda tapılan “Miss Monty” (Rəbb Gəmisi) gəmisinin sahibi onu gəmini tərk etməyə məcbur edən texniki problemdən da...

Metalı belə əridə bilən mədə turşusu mədəmizi necə olur ki korlamır?

Əgər siz nə vaxtsa qastrit, reflü və ya mədə yanmasından əziyyət çəkmisinizsə, mədə turşusunun nə qədər güclü olduğunu bilirsiniz. Amma əsl təəccüblü olan odur ...

Hiss dəbdəbəli evini göstərdi - VİDEO

Müğənni Hiss (Röya Məmmədova) paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, sənətçi dəbdəbəli evindən video yayıb.   O, zarafatla...

Türkiyədə ağır yol qəzası: üç nəfər ölüb, iki nəfər yaralanıb

Türkiyədə iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.   Sfera.az  “Haber Global”a istinadən xəbər ver...

Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşdı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Prezident İlham Əliyev ilə “Sea Breeze”də həyata keç...