Türkiyəli jurnalist həbs edildi – CHP detalı

Dünya
17:55 / 17.04.2025
12646
Türkiyəli jurnalist Rasim Ozan Kütahyalı saxlanılıb.
Sfera.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
“Jurnalist Cümhuriyyət Xalq Partiyasının (CHP) qurultayında saktakarlıq olduğu və buna görə partiyaya qəyyum təyin ediləcəyi ilə bağlı sosial mediada paylaşım edib. O, bu fikirlərinə görə tutulub”, – deyə bildirilib.
Onun barəsində Ankara Prokurorluğunda “xalqa səhv məlumat vermək” maddəsi ilə araşdırma başladılıb.