Putin və Qətər Əmiri Moskvada görüşəcək

Putin və Qətər Əmiri Moskvada görüşəcək

Kreml Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Əl Sani ilə Rusiya Prezidenti Vladimir Putin arasında Moskvada yüksək səviyyəli görüş keçiriləcəyini açıqlayıb.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskovun sözlərinə görə, görüşdə iki ölkə arasındakı ticarət əlaqələri ilə yanaşı, Ukrayna-Rusiya müharibəsi və regional məsələlər müzakirə olunacaq.


Peskov bildirib ki, Rusiya və Qətər liderləri arasında Ukrayna məsələsi ilə bağlı mütləq fikir mübadiləsi aparılacaq. O, həmçinin Qətərin regional böhranların həllində oynadığı rolun önəmini vurğulayıb:

 

“Region münaqişə potensialı ilə doludur. Qətər bir çox situasiyanın həllində böyük və mühüm rol oynayır”.


Qeyd edək ki, Putin və Əl Sani sonuncu dəfə iyul ayında Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində görüşüblər.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Romantik adı olan təyyarə Okean üzərində müəmmalı şəkildə yoxa çıxdı - FOTOLAR

“PAA-944” kod adı verilən “Pan American World Airways Flight 7”nin müəmmalı şəkildə yoxa çıxmasından 70 ildən çox vaxt keçir. Təyyarənin...

Ekipajsız üzən sirli xəyal gəmisinin sahildə görünməsinin sirri açıldı - FOTO

Florida çimərliyində tərk edilmiş halda tapılan “Miss Monty” (Rəbb Gəmisi) gəmisinin sahibi onu gəmini tərk etməyə məcbur edən texniki problemdən da...

Metalı belə əridə bilən mədə turşusu mədəmizi necə olur ki korlamır?

Əgər siz nə vaxtsa qastrit, reflü və ya mədə yanmasından əziyyət çəkmisinizsə, mədə turşusunun nə qədər güclü olduğunu bilirsiniz. Amma əsl təəccüblü olan odur ...

Hiss dəbdəbəli evini göstərdi - VİDEO

Müğənni Hiss (Röya Məmmədova) paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, sənətçi dəbdəbəli evindən video yayıb.   O, zarafatla...

Türkiyədə ağır yol qəzası: üç nəfər ölüb, iki nəfər yaralanıb

Türkiyədə iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.   Sfera.az  “Haber Global”a istinadən xəbər ver...

Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşdı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Prezident İlham Əliyev ilə “Sea Breeze”də həyata keç...