Hörmüz
Qlobal bazarlarda "Hörmüz sınağı": Neft daha da bahalaşacaq
İranın Hörmüz boğazını yaxın vaxtlarda tamamilə bağlaya biləcəyi ilə bağlı məlumatlar qlobal enerji bazarında mümkün yeni təchizat böhranı ilə bağlı narahatlıqları artırır. Bəs boğazın bağlanması neft daşımalarına, dünya bazarında qiymətlərə və enerji təhlükəsizliyinə ciddi təsir göstərə bilərmi? Mövzu ilə bağlı enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Sfera.az -a açıqlamasında bildirib ki, Yaxın Şərqdə davam edən münaqişə qlobal enerji sistemində uzunmüddətli dəyişikliklərə səbəb olub.
İqtisadiyyat15.10.2026 11:49
İrandan yeni Hörmüz taktikası: 10 gündür ki...
İran neft qiymətlərini yüksək saxlamaq və ABŞ-də ara seçkilərin nəticələrinə təsir göstərmək məqsədilə Hörmüz boğazında gəmilərə qarşı yeni hücum taktikalarından istifadə edir. Sfera.az xəbər verir ki, bu barədə iki yüksək vəzifəli İran rəsmisi “Reuters” agentliyinə məlumat verib. Rəsmilərin sözlərinə görə, yeni strategiya təxminən 10 gün əvvəl tətbiq olunmağa başlayıb. Məqsədlərdən biri Vaşinqton və müttəfiqlərinin qlobal neft qiymətlərini aşağı salmaq səylərinə mane olmaqdır. Qeyd edək ki,
Region14.10.2026 15:31
ABŞ İranın Hörmüz boğazına nəzarət iddiasını rədd etdi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazına nəzarət etdiyi barədə iddiaları təkzib edib. Sfera.az xəbər verir ki, CENTCOM-un açıqlamasında ABŞ qüvvələri və regional tərəfdaşlarının boğaza nəzarət etdiyi bildirilib. Qeyd olunub ki, bazar ertəsi Körfəz ölkələrinə 19 milyon bareldən çox xam neftin boğazdan daşınmasına kömək edilib. Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Hörmüz boğazına yaxınlaşacağı təqdirdə ABŞ hərbi gəmilərini
Siyasət14.10.2026 13:43
ABŞ və İran arasında danışıqların başlaması üçün əsas maneə nədir? - AÇIQLAMA
ABŞ Prezidenti Donald Tramp İranla birbaşa danışıqlara açıq olduğunu açıqlayıb. Bu mövqe Vaşinqtonun Tehranla münasibətlərində diplomatik kanalın yenidən gündəmə gəlməsi baxımından diqqət çəkir. Çünki Tramp daha əvvəl İranla birbaşa danışıqlara ehtiyatlı yanaşır, Tehran üzərində təzyiqin artırılmasının tərəfdarı kimi çıxış edirdi. Hazırda isə tərəflərin qarşılıqlı təmas imkanlarını nəzərdən keçirməsi Yaxın Şərqdə gərginliyin diplomatik yolla azaldılması ehtimalını gündəmə gətirir. Bununla belə,
Siyasət06.10.2026 13:20
Tramp daha Hörmüzə qane olmur, məqsədi nədir? - AÇIQLAMA
ABŞ Prezidenti Donald Tramp İranın atəşkəs təşəbbüsü çərçivəsində Hörmüz boğazının açılması ilə bağlı təklifi kifayət hesab etməyib. Tehran üçün boğazın açılması və danışıqların bərpası atəşkəs istiqamətində mümkün addımlardan biri kimi təqdim olunsa da, Vaşinqtonun gözləntilərinin bununla məhdudlaşmadığı görünür. ABŞ və İran arasında gərginliyin davam etdiyi bir vaxtda tərəflərin əsas məsələlər üzrə mövqelərinin nə dərəcədə yaxınlaşa biləcəyi də sual olaraq qalır. Digər tərəfdən, məsələ ABŞ-də
Siyasət02.10.2026 12:20
“Hörmüz tamamilə bizimdir”
ABŞ Prezidenti Donald Trump Hörmüz boğazına tam nəzarət etdiklərini iddia edib. O, son üç gündə boğazdan daşınan neftin həcminin tarixdə ən yüksək səviyyəyə çatdığını bildirib. Sfera.az xəbər verir ki, Yaxın Şərqdə aylardır davam edən müharibə ilə bağlı tərəflər arasında razılaşma əldə olunmayıb. ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra başlayan qarşıdurmanın sona çatdırılması üçün müxtəlif vasitəçilər danışıqlar aparsa da tərəflərin bəzi məsələlərdə irəli sürdüyü tələblər razılaşmaya
Media01.10.2026 20:01
Tramp seçkiləri gözləyir, yenə bombalayacaq
İran Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı ABŞ-yə 7 günlük plan təqdim edib. ABŞ Prezidenti Donald Trampın bu təklifi rədd etdiyi və noyabrda keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı bombardmanları yenidən başlatmağı planlaşdırdığı iddia olunur. Sfera.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Ərakçi bildirib ki, Tehran Qətərin vasitəçiliyi ilə Vaşinqtona 7 günlük konkret plan təqdim edib. Plana əsasən, ABŞ müəyyən şərtləri 4-5 gün ərzində yerinə yetirərsə, Hörmüz
Dünya26.09.2026 13:43
Hörmüzdə karqo gəmisinə hücum edildi - İki nəfər öldü
Hörmüz boğazında hərəkətdə olan yük gəmisi hədəfə alınıb. Sfera.az xəbər verir ki, bu barədə İngiltərə Dəniz Ticarət Əməliyyatları (UKMTO) məlumat yayıb. Bildirilib ki, təhlükəsizlik mənbələrinə əsasən, Hörmüz boğazından keçən yük gəmisinə naməlum mənbədən atılan sursat dəyib. Hadisə nəticəsində gəminin iki heyət üzvünün öldüyü və ya yaralandığı qeyd olunub. Məlumata görə, zərbədən sonra gəmidə yanğın baş verib və gəmi nəzarətsiz şəkildə sürüklənməyə başlayıb. Heyət üzvlərinin təxliyə edildiyi
Dünya23.09.2026 17:38
İrandan ABŞ-yə 7 günlük təklif - Boğaz açıla bilər
İranın ABŞ-yə mühüm təklif göndərdiyi iddia olunur. İddiaya görə, Vaşinqton dəniz blokadasını aradan qaldıraraq diplomatik danışıqlara qayıdarsa, Tehran Hörmüz boğazını 7 gün ərzində yenidən açmağa hazır olduğunu bildirib. Sfera.az xəbər verir ki, İran hökumətinin adının açıqlanmasını istəməyən bir rəsmisi təklifin vasitəçilər üzərindən ABŞ-yə çatdırıldığını deyib. Yaponiyanın Kyodo xəbər agentliyinə danışan iranlı rəsmi iki ölkə arasında davamlı atəşkəsin əldə olunması məqsədilə danışıqların
Dünya22.09.2026 15:55
Dünyada qlobal böhran: Yanacaq qıtlığı yaranıb
Dünyada yanacaq ehtiyatlarının azalması və Hörmüz boğazının uzunmüddətli bağlanması qlobal yanacaq böhranını reallığa çevirib. Sfera.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb. Nəşrin məlumatına görə, artıq altı aydan çoxdur ki, dünyada yanacağın kommersiya ehtiyatları kəskin şəkildə azalır. Strateji ehtiyatlardan istifadə imkanlarının da tükənməyə yaxınlaşması vəziyyəti daha da ağırlaşdırıb. Böhran fonunda Səudiyyə Ərəbistanında neft kəmərinin zədələnməsi də bazara ciddi
İqtisadiyyat15.09.2026 15:22
Bu sahədə bahalaşma olacaq
Hörmüz boğazının blokadaya alınması dünya ərzaq bazarında bahalaşmaya səbəb ola bilər. Sfera.az xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Rusiya üzrə əlaqələndirmə ofisinin direktoru Oleq Kobyakov “RİA Novosti”yə müsahibəsində bildirib. Onun sözlərinə görə, böhranın təsirləri yalnız hazırkı ərzaq qiymətləri ilə məhdudlaşmayacaq. Nəticələr qarşıdakı əkin və məhsul mövsümlərində də özünü göstərə bilər. “Bu, 2026-cı ilin ikinci yarısında və 2027-ci ildə ərzaq
Cəmiyyət15.09.2026 12:50
İran 77 gəminin Hörmüz boğazından keçidini qadağan edib
İran Hörmüz boğazında hərəkət qaydalarını pozan 77 gəminin adını açıqlayıb. Sfera.az xəbər verir ki, İranın Fars körfəzinə nəzarət üzrə idarəsi (PGSA) sözügedən gəmilərin naviqasiya qaydalarını pozduğunu bildirib. Qeyd olunub ki, siyahıya daxil edilən gəmilər İranın müəyyən etdiyi dənizçilik protokollarını pozduqları üçün Hörmüz boğazından sonrakı keçidlər zamanı müxtəlif məhdudiyyətlərlə üzləşə bilərlər. Bu tədbirlər sırasında cərimə, gəminin saxlanılması və hətta müsadirə də yer alıb. İranın
Media14.09.2026 14:40
Hörmüzdən sonra yeni təhlükə: Daha bir keçid risk altındadır
Hörmüz boğazında yaşanan böhrandan sonra dünya ticarəti üçün mühüm əhəmiyyət daşıyan Malakka boğazı ilə bağlı narahatlıqlar artır. Sfera.az xəbər verir ki, Malakka boğazı Hind okeanı ilə Sakit okeanı birləşdirən əsas dəniz marşrutlarından biridir. 2025-ci ilin ilk yarısında bu boğazdan gündəlik orta hesabla 23,2 milyon barel neft daşınıb. Bu göstərici Malakkanı neft tranzitinin həcminə görə dünyanın ən böyük strateji boğazı edir. Hörmüz boğazında yaranan gərginliyin qlobal enerji və ticarət
Dünya12.09.2026 12:30
İran son kartını oynayacaq? - Tam bloklana bilər
“Vaşinqtonun Tehrana iqtisadi təzyiq göstərməsi İran hərbçiləri tərəfindən Hörmüz boğazı zonasının tam blokadaya alınması ilə nəticələnə bilər”. Sfera.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai “X” sosial şəbəkəsində paylaşım edib. “Son günlərdə Vaşinqton İranın yeni raketləri barədə aydın xəbərdarlıq alıb. İqtisadi müharibə Fars körfəzindən blokada perimetrinə qədər olan dəniz təcrid zonası ilə qarşılanacaq. ABŞ hərbi gəmilərinə və bazalarına
Dünya09.09.2026 11:58
Bu ölkə İrana sanksiyaları artırmağa hazırlaşır
Kanada hökuməti İranın nüvə fəaliyyəti və Hörmüz boğazı ilə bağlı siyasətinə qarşı təzyiqləri gücləndirmək üçün beynəlxalq müttəfiqləri ilə koordinasiyanı artıracağını açıqlayıb. Sfera.az xəbər verir ki, Kanadanın xarici işlər naziri Anita Anand və maliyyə naziri Fransua-Filip Şampan birgə açıqlamalarında İranın Hörmüz boğazından keçmək istəyən gəmilərə yönəltdiyi təhdidlərə və nüvə fəaliyyətlərinə diqqət çəkiblər. Nazirlər Hörmüz boğazının yenidən açılması üçün ABŞ-nin rəhbərlik etdiyi
Dünya07.09.2026 15:10
"Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil" - Rafael İbrahimov
Yaxın Şərqdə dərinləşən böhran və Hörmüz boğazı ətrafında gərginləşən hərbi-siyasi vəziyyət qlobal təhlükəsizlik sistemini yeni sınaq qarşısında qoyub. Regionda hərbi balansı dəyişən bu qarşıdurma, eyni zamanda Cənubi Qafqazın və Azərbaycanın təhlükəsizliyi baxımından xüsusi diqqət tələb edir. Sfera.az xəbər verir ki, mövcud mənzərəni şərh edən ərəbşünas alim, politoloq Rafael İbrahimov Hörmüz boğazındakı böhrandan çıxış yollarını dəyərləndirib və baş verənlərin ölkəmizə təsirlərini diqqətə
Siyasət04.09.2026 12:31
İran itkilərini açıqladı
“ABŞ-nin Hörmüz boğazında İranın mövqelərinə endirdiyi zərbələr nəticəsində 18 nəfər həlak olub”. Sfera.az xəbər verir ki, bu barədə İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərqəndi məlumat verib. Nazirin sözlərinə görə, ötən gecə İranın müxtəlif əyalətlərinə endirilən hava hücumları nəticəsində 18 nəfər həyatını itirib, daha 108 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qeyd edək ki, sentyabrın 1-də ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında yerləşən İran obyektlərinə kütləvi zərbələr
Gündəm02.09.2026 22:23
Tramp: İrana yenidən zərbə endirə bilər
ABŞ Prezidenti Donald Trampın İranın Hörmüz boğazındakı radar və raket imkanlarını yenidən bərpa etməsinin qarşısını almaq üçün ölkəyə məhdud zərbələr endirilməsi variantını nəzərdən keçirdiyi iddia olunur. Sfera.az xəbər verir ki, ABŞ-ın “Axios” xəbər platformasına danışan üç amerikalı rəsmi bildirib ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında gəmiləri daha dəqiq hədəfə almaq üçün radar, hava hücumundan müdafiə və gəmiəleyhinə raket imkanlarını yenidən qurmasından
Siyasət01.09.2026 22:14
Hörmüz boğazından keçən tankerə hücum edildi
Böyük Britaniya Dəniz Ticarəti Əməliyyatları (UKMTO) Oman sahillərində, Hörmüz boğazından keçən bir tankerin mənşəyi və növü məlum olmayan 3 sursatla hədəfə alındığını açıqlayıb. Sfera.az xəbər verir ki, UKMTO-nun ABŞ mərkəzli “X” sosial media platformasındakı hesabında yayılan açıqlamaya görə, dənizçilik insidenti Oman körfəzindəki Xasab şəhərindən 17 dəniz mili şərqdə, Hörmüz boğazı yaxınlığında baş verib. Açıqlamada tankerə mənşəyi və növü müəyyən edilməyən üç sursatın dəydiyi bildirilib.
Media01.09.2026 11:12
"Hörmüz boğazı açıla bilər" - Pezeşkian
İran Prezidenti Məsud Pezeşkian Hörmüz boğazının açılmasının mümkün olduğu ilə bağlı açıqlama verib. O, bunun ABŞ-ın müəyyən öhdəlikləri yerinə yetirməsindən asılı olduğunu bildirib. Sfera.az xəbər verir ki, Pezeşkian ABŞ-nin Pakistan vasitəçiliyi ilə imzalanmış İslamabad Memorandumundakı öhdəliklərini yerinə yetirməsi halında Hörmüz boğazının açıla biləcəyini deyib. İran Prezidenti qeyd edib ki, Hörmüz boğazı ilə bağlı yol xəritəsi hazırlanıb və bu sənəd İranın ali rəhbərliyinə, İnqilab
Media29.08.2026 10:51
Neft ucuzlaşır - Qiymət azalmasının pərdəarxası səbəbləri
"Brent" markalı neftin bir barelinin qiyməti 86,09 dollara geriləyib. Ötən gün 88,52 dollara qədər yüksələn "Brent" neftinin bir bareli günü 86,94 dollarla başa vurub. Səhər saatlarına olan məlumata görə, noyabr fyuçerslərinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,97 faiz azalaraq 86,09 dollara düşüb. Bəs neftin ucuzlaşmasının səbəbi nədir? Sfera.az xəbər verir ki, neftin ucuzlaşmasına İran və Qətər arasında aparılan danışıqların Hörmüz boğazının yenidən açılmasına imkan yaradacağı və
İqtisadiyyat27.08.2026 13:42
İran həmin region ölkələrini hədələdi
“İran təkcə Hörmüz boğazında deyil, həm də Fars körfəzindən neft daşınmasında istifadə olunan digər dəniz marşrutlarında da tankerlərə zərbə endirməyə hazırdır”. Sfera.az xəbər verir ki, bu haqda İranın Ali Milli Təhlükəsizlik Şurasının (AMTŞ) katibi Möhsün Rəzayi açıqlama verib. “Biz nəinki Hörmüz boğazından, hətta Fars körfəzindən belə bir damla neftin çıxarılmasına imkan verməyəcəyik”, - deyə o bildirib. AMTŞ katibi izah edib ki, əgər region ölkələri ABŞ-nin İslam Respublikasına qarşı tətbiq
Dünya23.08.2026 10:45
Tramp: "“İran bizimlə razılaşma əldə etmək istəyir"
ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlamalar verib. Sfera.az xəbər verir ki, Tramp Cənubi Karolina ştatının Mirtl-Biç bölgəsində keçirilən mitinqdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini deyib. “Buna icazə verə bilmərik. Əks halda çox pis hadisələrin baş verdiyini görərsiniz. Biz ora getdik və onları dayandırdıq. Onlar heç vaxt nüvə silahına sahib ola bilməyəcəklər”, – deyə Tramp bildirib. ABŞ Prezidenti İranın Vaşinqtonla razılaşma əldə etməyə çox istəkli olduğunu
Siyasət22.08.2026 11:39
Almaniyada anbarlar tam dolmayıb: Ölkə qaz böhranı yaşaya bilər
Yaxın Şərqdə davam edən müharibə və Hörmüz boğazının blokadaya alınması qlobal enerji bazarında əlavə təzyiq yaradıb. Neft və təbii qaz tədarükündə mümkün fasilələr qiymətlərin yüksəlməsinə səbəb olur. Yay aylarında qiymətlərin daha aşağı olacağı gözləntisi ilə qaz alaraq anbarları doldurmağı planlaşdıran şirkətlər isə yüksək qiymətlər səbəbindən alışları məhdudlaşdırırlar. Sfera.az xəbər verir ki, mövcud vəziyyət 2022-ci ildə Rusiya-Ukrayna müharibəsindən sonra yaşanan enerji böhranını
Dünya21.08.2026 15:06
























