Bu ölkə İrana sanksiyaları artırmağa hazırlaşır

Bu ölkə İrana sanksiyaları artırmağa hazırlaşır
Kateqoriya məlum deyil
T

Kanada hökuməti İranın nüvə fəaliyyəti və Hörmüz boğazı ilə bağlı siyasətinə qarşı təzyiqləri gücləndirmək üçün beynəlxalq müttəfiqləri ilə koordinasiyanı artıracağını açıqlayıb.

Sfera.az xəbər verir ki, Kanadanın xarici işlər naziri Anita Anand və maliyyə naziri Fransua-Filip Şampan birgə açıqlamalarında İranın Hörmüz boğazından keçmək istəyən gəmilərə yönəltdiyi təhdidlərə və nüvə fəaliyyətlərinə diqqət çəkiblər.

Nazirlər Hörmüz boğazının yenidən açılması üçün ABŞ-nin rəhbərlik etdiyi səylərin əhəmiyyətini vurğulayıblar. Onlar İrana qarşı təzyiqlərin davam etdirilməsi və əlavə sanksiyaların tətbiqi üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gücləndiriləcəyini bildiriblər.

Kanada hökuməti həmçinin İranı Yaxın Şərqdəki “sabitliyi pozan fəaliyyətlərə” son qoymağa çağırıb və Tehranın terror fəaliyyətlərini maliyyələşdirmək imkanlarını məhdudlaşdırmağa yönəlmiş tədbirləri dəstəklədiyini açıqlayıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR