Neft ucuzlaşır - Qiymət azalmasının pərdəarxası səbəbləri

Neft ucuzlaşır - Qiymət azalmasının pərdəarxası səbəbləri
Kateqoriya məlum deyil
T

"Brent" markalı neftin bir barelinin qiyməti 86,09 dollara geriləyib. Ötən gün 88,52 dollara qədər yüksələn "Brent" neftinin bir bareli günü 86,94 dollarla başa vurub. Səhər saatlarına olan məlumata görə, noyabr fyuçerslərinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,97 faiz azalaraq 86,09 dollara düşüb.

Bəs neftin ucuzlaşmasının səbəbi nədir?

Sfera.az xəbər verir ki, neftin ucuzlaşmasına İran və Qətər arasında aparılan danışıqların Hörmüz boğazının yenidən açılmasına imkan yaradacağı və Yaxın Şərqdəki müharibə səbəbindən yaranan neft tədarükü problemlərinin azalacağı ilə bağlı gözləntilər təsir edib.

Bu həftə İran və Oman arasında Hörmüz boğazında birgə dəhlizin fəaliyyətə başlaması ilə bağlı razılıq əldə olunub. İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, ABŞ və digər ölkələr Hörmüz boğazının yalnız İranın müəyyən etdiyi qaydalar çərçivəsində açılacağını bilməlidir.

Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Sani isə gərginliyin azaldılması və Hörmüz boğazı ilə bağlı danışıqlar aparmaq üçün Tehranda İran rəsmiləri ilə görüşəcək. ABŞ-nin İrana qarşı yeni hərbi hücumlar həyata keçirməyəcəyini açıqlaması və bunun əvəzinə iqtisadi təzyiqi artırması da neft bazarında tədarük problemlərinin azalacağı ilə bağlı gözləntiləri gücləndirib.

ABŞ-nin rəsmi nümayəndəsi Marko Rubio Vaşinqtonun dəniz blokadası və yeni sanksiyalar vasitəsilə İrana iqtisadi təzyiqi artıracağını açıqlayıb. O, hazırda İrana qarşı yeni hava hücumlarının planlaşdırılmadığını bildirib.Digər tərəfdən, ABŞ-də kommersiya məqsədli xam neft ehtiyatlarının artımı gözləntilərdən xeyli aşağı olub. ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, ölkədə kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə təxminən 100 min barel artaraq 428 milyon 900 min barelə çatıb. Analitiklər isə ehtiyatların təxminən 1 milyon 600 min barel artacağını gözləyirdilər.

Ehtiyatların gözləntilərdən xeyli az artması neft qiymətlərinə olan aşağı istiqamətli təzyiqi müəyyən qədər məhdudlaşdırıb.

İradə Elsevər

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR