Hörmüz boğazından keçən tankerə hücum edildi

Hörmüz boğazından keçən tankerə hücum edildi
Kateqoriya məlum deyil
T

Böyük Britaniya Dəniz Ticarəti Əməliyyatları (UKMTO) Oman sahillərində, Hörmüz boğazından keçən bir tankerin mənşəyi və növü məlum olmayan 3 sursatla hədəfə alındığını açıqlayıb.

Sfera.az xəbər verir ki, UKMTO-nun ABŞ mərkəzli “X” sosial media platformasındakı hesabında yayılan açıqlamaya görə, dənizçilik insidenti Oman körfəzindəki Xasab şəhərindən 17 dəniz mili şərqdə, Hörmüz boğazı yaxınlığında baş verib. Açıqlamada tankerə mənşəyi və növü müəyyən edilməyən üç sursatın dəydiyi bildirilib. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmadığı, həmçinin ətraf mühitə hər hansı zərərin dəymədiyi qeyd edilib. UKMTO hadisə ilə bağlı araşdırmaya başlanıldığını bildirib.

Qurum Hörmüz boğazından keçən gəmilərə ehtiyatlı olmaları və hər hansı şübhəli vəziyyətlə qarşılaşdıqları təqdirdə bu barədə UKMTO-ya məlumat vermələri ilə bağlı xəbərdarlıq edib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR