Tramp: "“İran bizimlə razılaşma əldə etmək istəyir"

ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlamalar verib.
Sfera.az xəbər verir ki, Tramp Cənubi Karolina ştatının Mirtl-Biç bölgəsində keçirilən mitinqdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini deyib.
“Buna icazə verə bilmərik. Əks halda çox pis hadisələrin baş verdiyini görərsiniz. Biz ora getdik və onları dayandırdıq. Onlar heç vaxt nüvə silahına sahib ola bilməyəcəklər”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti İranın Vaşinqtonla razılaşma əldə etməyə çox istəkli olduğunu iddia edib:
“İran bizimlə razılaşma əldə etmək istəyir. Biz isə belə bir razılaşmanı istəyib-istəmədiyimizdən belə əmin deyilik”.
Tramp daha sonra Hörmüz Boğazı ilə bağlı diqqətçəkən açıqlama verib. “Çünki hazırda Hürmüz Boğazını ABŞ ərazisi hesab edirəm”, –deyə o bildirib.
Bəsti Rəfizadə






