“Hörmüz tamamilə bizimdir”

“Hörmüz tamamilə bizimdir”
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trump Hörmüz boğazına tam nəzarət etdiklərini iddia edib. O, son üç gündə boğazdan daşınan neftin həcminin tarixdə ən yüksək səviyyəyə çatdığını bildirib.

Sfera.az xəbər verir ki, Yaxın Şərqdə aylardır davam edən müharibə ilə bağlı tərəflər arasında razılaşma əldə olunmayıb. ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra başlayan qarşıdurmanın sona çatdırılması üçün müxtəlif vasitəçilər danışıqlar aparsa da tərəflərin bəzi məsələlərdə irəli sürdüyü tələblər razılaşmaya mane olur.

Münaqişənin əsas mübahisə mövzularından biri Hörmüz boğazının statusu və istifadəsidir. ABŞ və İran bu məsələdə razılığa gələ bilmirlər.

Ağ Evdə jurnalistlərə açıqlama verən Donald Trump İranla davam edən qarşıdurmadan danışarkən Hörmüz boğazı ilə bağlı da iddialar səsləndirib.

“Hörmüz tamamilə bizimdir. Son üç gündə Hörmüzdən çıxan neftin həcmi tarixdə ən yüksək göstəricidir. Mən müharibənin başlanmasından bəri demirəm, tarixdə deyirəm”, – deyə Trump bildirib.

İran boğazı bağlamaq qərarı verib

İran hakimiyyəti hücumlardan sonra Hörmüz boğazını ABŞ və onun müttəfiqlərinin keçidi üçün bağlamaq qərarı verib. Bundan əlavə, boğazdan keçən gəmilərdən ödəniş alınmasını nəzərdə tutan qanun layihəsi İran parlamentində qəbul edilib.

ABŞ və İran tərəfləri isə boğaz üzərində nəzarətlə bağlı bir-birindən fərqli açıqlamalar verirlər.

Hörmüz boğazında yaranan vəziyyət yalnız tərəflərə deyil, dünya iqtisadiyyatına da təsir göstərib. Neft qiymətlərinin artması fonunda enerji bazarında gərginlik yaranıb və bir sıra ölkələrdə yanacaq qiymətlərinin yüksəlməsi müşahidə olunur.

Mənsumə

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR