Tramp seçkiləri gözləyir, yenə bombalayacaq

İran Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı ABŞ-yə 7 günlük plan təqdim edib. ABŞ Prezidenti Donald Trampın bu təklifi rədd etdiyi və noyabrda keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı bombardmanları yenidən başlatmağı planlaşdırdığı iddia olunur.
Sfera.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Ərakçi bildirib ki, Tehran Qətərin vasitəçiliyi ilə Vaşinqtona 7 günlük konkret plan təqdim edib.
Plana əsasən, ABŞ müəyyən şərtləri 4-5 gün ərzində yerinə yetirərsə, Hörmüz boğazı altıncı gün açıla, yeddinci gün isə danışıqlar başlaya bilər.
Ərakçi ABŞ-nin iqtisadi təzyiq siyasətini də tənqid edib. O, ABŞ və İsrailin hücumları nəticəsində 5 mindən çox insanın öldüyünü iddia edib.
İran tərəfi isə ABŞ-nin “təhdid və məcburetmə” siyasətini qəbul etməyəcəyini açıqlayıb.
İradə Elsevər






