İran 77 gəminin Hörmüz boğazından keçidini qadağan edib

İran 77 gəminin Hörmüz boğazından keçidini qadağan edib
Kateqoriya məlum deyil
T

İran Hörmüz boğazında hərəkət qaydalarını pozan 77 gəminin adını açıqlayıb.


Sfera.az xəbər verir ki, İranın Fars körfəzinə nəzarət üzrə idarəsi (PGSA) sözügedən gəmilərin naviqasiya qaydalarını pozduğunu bildirib.


Qeyd olunub ki, siyahıya daxil edilən gəmilər İranın müəyyən etdiyi dənizçilik protokollarını pozduqları üçün Hörmüz boğazından sonrakı keçidlər zamanı müxtəlif məhdudiyyətlərlə üzləşə bilərlər. Bu tədbirlər sırasında cərimə, gəminin saxlanılması və hətta müsadirə də yer alıb.


İranın müvafiq qurumu Fars körfəzi ərazisində yükdaşıma həyata keçirən şirkətləri sözügedən siyahı ilə tanış olmağa və gələcəkdə problemlərlə üzləşməmək üçün qaydalara əməl etməyə çağırıb.


PGSA, həmçinin xəbərdarlıq edib ki, siyahıya daxil edilmiş gəmilərlə bort-borta yükləmə və ya digər formada yükdaşıma əməliyyatlarında əməkdaşlıq edən gəmilər də həmin siyahıya əlavə ediləcək.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR