100 yaşlı pianoçu uzunömürlülüyünün 4 sirrini açıqladı
ABŞ-də yaşayan 100 yaşlı pianoçu Qloriya uzunömürlü olmasına kömək edən vərdişlərdən danışıb. O, yaşına baxmayaraq, hər gün piano ifa edir, elmi və tarixi kitablar oxuyur. Sfera.az xəbər verir ki, bu barədə “ TODAY.com” nəşri məlumat yayıb. Soyadının açıqlanmasını istəməyən Qloriya özü də bu qədər uzun yaşamasına təəccübləndiyini bildirib. O, gümrah qalmasına kömək edən dörd əsas prinsipini bölüşüb. Qadının sözlərinə görə, insan sahib olduğu illərə görə xoşbəxt olmalı, hər günə minnətdarlıqla