Rusiyada meymunçiçəyi şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin sayı artıb
Rusiyanın Sankt-Peterburq şəhərində meymunçiçəyi şübhəsi ilə xəstəxanaya yerləşdirilən beş nəfərin vəziyyəti stabildir.
Sfera.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Botkin adına Klinik Yoluxucu Xəstəliklər Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, xəstələrin vəziyyəti yüngül və ya orta ağır qiymətləndirilir.
Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Rospotrebnadzor idarəsindən verilən məlumata görə, hazırda epidemiya əleyhinə tədbirlər həyata keçirilir, həmçinin xəstələrlə təmasda olmuş şəxslərin dairəsi müəyyənləşdirilir.
Qeyd edək ki, bundan əvvəl Sankt-Peterburqda dörd nəfərin meymunçiçəyi şübhəsi ilə xəstəxanaya yerləşdirildiyi bildirilmişdi. Oktyabrın əvvəlində isə Moskva vilayətində daha bir yoluxma halı aşkarlanmışdı.
Bəsti
Sfera.az




