Ronaldo bu biznesə 10 milyon avro yatırdı

Ronaldo bu biznesə 10 milyon avro yatırdı
Kateqoriya məlum deyil
T

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo mineral su istehsalı biznesinə 10 milyon avro investisiya edib.

Sfera.az xəbər verir ki, bu barədə “SIC Notícias” nəşri məlumat yayıb.

Layihədə futbolçunun tərəfdaşı “Grupo Ouhterinho” şirkəti olacaq. Şirkət də eyni məbləğdə, yəni 10 milyon avro investisiya yatırıb.

Mineral suyun Portuqaliyanın Braqansa bələdiyyəsində çıxarılması planlaşdırılır. Zavodun tikintisinin başa çatdırılması və brendin bazara çıxarılması 2027-ci ilin sonuna nəzərdə tutulub.

Qeyd edək ki, 41 yaşlı Ronaldo daha əvvəl də su biznesinə maraq göstərib. O, 2023-cü ilin yayında Madriddə təqdim olunan “Ursu9” su brendinin ortaq sahibinə çevrilib.

Xatırladaq ki, bir müddət əvvəl “Avroviziya-2017”nin qalibi Salvador Sobral Ronaldonun Portuqaliya millisinin düşərgəsini tərk etməsini tənqid edib. Müğənni futbolçuda “yarımtanrı sindromu” olduğunu iddia edib.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR