"Bu, tarixi hadisədir"

"Bu, tarixi hadisədir"
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı yeni sanksiyalar paketinin tətbiqini dayandırması gözlənilməz addım kimi qiymətləndirilib.

Sfera.az xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Ağ Ev bu qərarı Trampın ABŞ-nin dünya enerji qiymətlərini azaltmaq məqsədilə Rusiyadan dizel yanacağı almağa razılaşdığını açıqlamasından təxminən bir həftə sonra verib.

Donald Tramp sanksiyaların dayandırılmasının ABŞ-nin milli maraqlarına uyğun olduğunu bildirib.

Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev isə bu qərarı tarixi hadisə adlandırıb. Onun sözlərinə görə, sanksiyaların tətbiqi Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlığın dayandırılmasına səbəb ola bilərdi.

Qeyd edək ki, Tramp daha əvvəl Rusiya Prezidenti Vladimir Putini Mayamidə keçiriləcək G20 sammitində görmək istədiyini də açıqlayıb.

Bəsti

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR