NATO ölkələri Polşada genişmiqyaslı hərbi təlimlər keçirəcək.
Britaniya hərbçiləri Polşada keçiriləcək genişmiqyaslı hərbi təlimlərdə iştirak edəcəklər.
Sfera.az bildirir ki, “Independent” nəşrinin məlumatına görə, bunu Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq açıqlayıb.
Noyabr ayında Britaniya hərbçiləri Polşada keçiriləcək genişmiqyaslı təlimlərdə Böyük Britaniya, Fransa və Almaniyadan azı 1500 hərbçinin, eləcə də Polşa hərbi qüvvələrinin iştirakı nəzərdə tutulur.
Təlimlərin əsas məqsədi Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra NATO qüvvələrinin Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı hazırlığını yoxlamaqdır. Təlimlər çərçivəsində hərbi qüvvələrin, ərzaq və yanacaq yüklərinin daşınması prosesləri də sınaqdan keçiriləcək.
Bundan əvvəl Böyük Britaniyanın baş naziri Endi Börnham “istəklilər koalisiyası”nın Ukraynada hərbçilərin mümkün yerləşdirilməsi ilə bağlı fəaliyyətləri məşq etməyi planlaşdırdığını bildirmişdi.
Bəsti






