Rusiya Trampın sanksiyalarla bağlı qərarını Ukrayna böhranı ilə əlaqələndirdi

Rusiya Trampın sanksiyalarla bağlı qərarını Ukrayna böhranı ilə əlaqələndirdi
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini dayandırması Moskva tərəfindən Ukrayna böhranının həlli istiqamətində müsbət addım kimi qiymətləndirilib.

Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov “RİA Novosti”yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ağ Evin rəhbərinin bu qərarı Ukrayna böhranının nizamlanmasına kömək etmək niyyətinin ciddi olduğunu göstərir.

Qeyd edək ki, oktyabrın 9-da Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apardığını açıqlayıb. O, söhbəti uğurlu adlandıraraq Moskvanın ABŞ və dünya bazarlarına dərhal 300 min tondan çox dizel yanacağı tədarük etməyə razılaşdığını bildirib.

Bundan əvvəl Vladimir Putin Rusiyanın kifayət qədər dizel yanacağı ehtiyatına malik olduğunu, lakin sanksiyalar səbəbindən yanacağın xarici bazarlara çıxarılmasında çətinliklər yarandığını bildirmişdi.

Bəsti

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR