Rusiya mülki hədəflərə zərbə endirir - Kremlin məqsədi nədir?
Rusiyanın Ukraynanın mülki hədəflərinə qarşı hücumları intensivləşir. Artıq bir neçə gündür ki, mülki hədəflər vurulur. Bunun nəticəsində müxtəlif obyektlər dağıdılıb, eləcə də çoxlu sayda insan dünyasını dəyişib. Sfera.az xəbər verir ki, ötən gecə Rusiya Ukraynanın mülki hədəflərinə qarşı növbəti hücumu həyata keçirib. Kiyev, Xerson, Donetsk, Zaporojye, Sumı, Dnepr, Xarkov, Çerniqov və Jitomir hücumların hədəfi olub. Bu hücum nəticəsində, Hindistan vətəndaşı da daxil olmaqla, 12 nəfər ölüb.