Logo

Parisdə etiraz aksiyası səbəbindən 40-dan çox metro stansiyası bağlandı

Parisdə etiraz aksiyası səbəbindən 40-dan çox metro stansiyası bağlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fransanın paytaxtı Parisdə həyat bahalığına qarşı oktyabrın 31-də keçirilən etiraz aksiyası ilə əlaqədar 40-dan çox metro stansiyasının və bir sıra RER qatar stansiyalarının fəaliyyəti dayandırılıb.

Sfera.az xəbər verir ki, məhdudiyyətlər polis orqanlarının tələbi ilə yerli vaxtla saat 05:30-dan qüvvəyə minib. Bu barədə RATP nəqliyyat şirkəti və “Le Parisien” qəzeti məlumat yayıb.

İlk növbədə Yelisey meydanları, Konkord meydanı, Əlillər evi və Milli Assambleyanın ətrafındakı stansiyalar bağlanıb. Saat 09:00-dan etibarən məhdudiyyətlər Bastiliya və Respublika meydanlarının yaxınlığındakı stansiyalara da şamil edilib. Daha sonra Opera, Şatle və Latın məhəlləsi ətrafında da nəqliyyatın hərəkətində dəyişikliklər edilib.

Məhdudiyyətlər təkcə metro ilə məhdudlaşmayıb. Metro və tramvay xətlərinin bəzi hissələrində hərəkət dayandırılıb. Axşam saatlarında isə RER xətlərinə də xidmət göstərən Şatle — Le Al stansiyasına giriş məhdudlaşdırılıb.

RATP sərnişinlərə səfərə çıxmazdan əvvəl marşrutlarını yoxlamağı tövsiyə edib.

Qeyd edək ki, həyat bahalığına qarşı etiraz yürüşünün marşrutu son anda dəyişdirilib. Fransanın Dövlət Şurası Bastiliya meydanından Millət meydanına qədər yürüş keçirilməsinə icazə verən inzibati məhkəmə qərarını ləğv edib. Nəticədə aksiya iştirakçılarına Parisin şərqində yerləşən Banöle qapılarından Şaranton qapılarına qədər yürüş etməyə icazə verilib.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR