Logo

Hindistanda helikopter faciəsi: Sərnişinlərin hamısı öldü

Hindistanda helikopter faciəsi: Sərnişinlərin hamısı öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hindistanın Uttarakhand ştatının dağlıq ərazisində sərnişin helikopterinin qəzaya uğraması nəticəsində göyərtədə olan 6 nəfərin hamısı həyatını itirib.

Sfera.az xəbər verir ki, faciə Çamoli rayonunun Coşimat bölgəsində, Çay kəndi yaxınlığında baş verib.

Məlumata görə, “Trans Bharat Aviation” şirkətinə məxsus helikopter Badrinat şəhərindən Dehradundakı Sahastradhara heliportuna uçuş həyata keçirirmiş. Yerli vaxtla saat 13:14-də havaya qalxan hava gəmisi Coşimat vadisi üzərində uçarkən dispetçer xidməti ilə əlaqəni itirib. Eyni zamanda, helikopterin hərəkətini izləməyə imkan verən sistem də fəaliyyətini dayandırıb.

Qısa müddət sonra helikopterin qalıqları Çamoli rayonunun Çay kəndi yaxınlığındakı meşəlik və dağlıq ərazidə aşkarlanıb.

Qəza nəticəsində pilot və göyərtədəki sərnişinin hamısı həlak olub. Sərnişinlərin Hindistanın Karnataka ştatından olan zəvvarlar olduğu bildirilir.

Qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün Hindistanın Mülki Aviasiya Baş İdarəsi və Təyyarə Qəzalarının Araşdırılması Bürosu tərəfindən araşdırmalara başlanılıb. İlkin məlumatlara görə, hadisə zamanı bölgədə əlverişsiz hava şəraiti hökm sürüb.

Altay

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR