Şahzadə evləndi

Şahzadə evləndi
Kateqoriya məlum deyil
T

Lixteynşteyndə şahzadə Georg 25 yaşlı şahzadə Mariya-Nives fon der Leyenlə nişanlanıb.

Sfera.az bildirir ki, bu barədə "HELLO! Magazine" məlumat yayıb.

Bəyin valideynləri – vəliəhd şahzadə Aloiz və vəliəhd şahzadə Sofinin imzaladığı açıqlamada bildirilib ki, ailənin üçüncü övladı olan 27 yaşlı şahzadə Georg 25 yaşlı Mariya-Niveslə nişanlanıb.

Mariya-Nives şahzadə Filip və şahzadə Elizabetin qızıdır. O, Almaniyanın tanınmış zadəgan ailələrindən biri olan fon der Leyen nəslindəndir.

Şahzadə Georg hazırda ABŞ-nin Nyu-York şəhərində texnologiya şirkətlərində biznesin inkişafı sahəsində çalışır. Onun nişanlısı isə Avstriyanın paytaxtı Vyanada marketinq agentliyində işləyir.

Cütlüyün toy mərasiminin gələn ilin yayında Almaniyada keçirilməsi planlaşdırılır. Bu evlilik knyaz ailəsində son iki il ərzində baş tutacaq ikinci nikah olacaq.

Şahzadənin nişan xəbəri Lixteynşteyndə taxt-tac varisliyi ilə bağlı qanunlara dəyişiklik edilməsindən cəmi bir həftə sonra açıqlanıb. Yeni dəyişikliklə qadınlara da taxta varis olmaq hüququ verilib.

Lakin yeni qaydalar yalnız qanun qəbul edildikdən sonra dünyaya gələn kral ailəsi üzvlərinə şamil olunacaq. Hazırda yaşayan şahzadələr isə bu dəyişiklikdən yararlana bilməyəcəklər.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR