Fransada qalmaqallı seçki vədi: Başörtülü qadınlara cərimə tətbiq ediləcək

Fransada qalmaqallı seçki vədi: Başörtülü qadınlara cərimə tətbiq ediləcək
Kateqoriya məlum deyil
T

Fransada Milli Birlik (RN) Partiyasının deputatı Jan-Filip Tanqi 2027-ci ildə keçiriləcək prezident seçkilərində qalib gələcəkləri təqdirdə başörtüsü taxan şəxslərə cərimə tətbiq edəcəklərini açıqlayıb.

Sfera.az xəbər verir ki, Tanqi BFMTV telekanalında iştirak etdiyi proqramda 2027-ci il prezident seçkiləri ilə bağlı danışıb. RN-nin prezidentliyə namizədi Marin Le Penin seçkilərdə qalib gələcəyi təqdirdə başörtüsü taxanlara cərimə tətbiq etməyi planlaşdırdıqlarını bildirən Tanqi İslamçı ideologiya ilə qətiyyətlə mübarizə aparacağını deyib. Tanqi uşaqlığının Parisin ətraf ərazilərindən birində keçdiyini və böyüdüyü küçələrin zamanla dəyişdiyini bildirib. O, bu dəyişikliklərin nə miqrantların, nə də müsəlmanların sayının artması ilə bağlı olmadığını bildirərək başörtülü qadınları hədəf alıb.

Fransada başörtüsü taxan qadınların sayının artmasından narahatlığını ifadə edən Tanqi vəziyyətin “nəzarətdən çıxdığını” irəli sürüb. Fransada dövlət qulluqçuları üçün başörtüsü qadağası qüvvədədir. Bundan əlavə, 2004-cü ildən etibarən ilk və orta təhsil səviyyəsində oxuyan şagirdlər üçün də məktəblərdə dini simvolların, o cümlədən başörtüsünün istifadəsinə məhdudiyyət tətbiq edilir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR