"İranı vuracağıq" - Tramp

"İranı vuracağıq" - Tramp
Kateqoriya məlum deyil
T

“ABŞ İranın İordaniyada yerləşən ABŞ qüvvələrinə hücumuna cavab verəcək”.

Sfera.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”a deyib.

“Onları çox sərt vuracağıq. Cavabımız olacaq”, - Amerika lideri bildirib.

Trampın sözlərinə görə, bir raket istisna olmaqla, bütün raketlər ABŞ ordusunun hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib: “Həmin bir raketin mühüm hədəfə dəyməyəcəyi bəlli olduqdan sonra onun hava məkanından keçməsinə icazə verilib”./Teleqraf

ABŞ Prezidenti həmçinin vurğulayıb ki, İran danışıqları bərpa etməyi çox istəsə də, razılaşmaya nail olmaq məsələsində Tehrana güvənmir.

Donald Tramp əlavə edib ki, ABŞ-nin İrana qarşı tətbiq etdiyi mövcud sanksiyalar ciddi şəkildə təsir göstərir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR