Rusiya Ukraynanın enerji obyektlərinə hücum edəcək - AÇIQLAMA

Kateqoriya məlum deyil
T
Rusiya Müdafiə Nazirliyi Ukraynanın enerji obyektlərinə genişmiqyaslı hücum hazırlıqlarına başladığını açıqlayıb.
Sfera.az xəbər verir ki, nazirliyin açıqlamasında Rusiya ordusunun Ukraynanın hərbi sənaye obyektlərinə hücumlarını davam etdirdiyi bildirilir.
Paytaxt Kiyevdə partlayıcı maddələrin saxlanması üçün istifadə edilən asbest sement məhsulları fabrikinin gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) tərəfindən vurulduğu bildirilən açıqlamada aşağıdakılar qeyd edildi:
"Alınan təlimatlara uyğun olaraq, Rusiya silahlı qüvvələri Kiyev administrasiyasının Rusiya mülki infrastrukturuna və yanacaq enerjisi sektoruna davam edən hücumlarına cavab olaraq Ukraynanın enerji obyektlərinə genişmiqyaslı hücum hazırlıqlarına başlayıb".
Vasif






