ŞƏT sammitində imzalanan sənədlərin siyahısı – TAM SİYAHI

Sentyabrın 1-də Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin Dövlət Başçıları Şurasının Prezident Sadır Japarovun sədrliyi ilə iclası keçirilib. Zirvə görüşünün yekununda təşkilat çərçivəsində müxtəlif istiqamətləri əhatə edən bir sıra mühüm sənədlər imzalanıb.
Sfera.az imzalanan sənədlərin tam siyahısını təqdim edir:
ŞƏT-in 25 illiyinə həsr olunmuş Bişkek Bəyannaməsi;
ŞƏT-in Nizamnaməsinə dəyişiklik və əlavələr edilməsi haqqında 7 iyun 2002-ci il tarixli Protokol;
ŞƏT-ə üzv dövlətlərin təhlükəsizlik problemləri və təhdidləri ilə mübarizə üzrə Universal Mərkəzi haqqında Əsasnamə;
ŞƏT-in Narkotiklərlə Mübarizə Mərkəzinin İcraiyyə Komitəsi haqqında Əsasnamə;
ŞƏT-ə üzv dövlətlərin 2030-cu ilədək narkomaniyaya qarşı mübarizə üzrə Əməkdaşlıq Proqramı;
ŞƏT-ə üzv dövlətlərin 2030-cu ilədək sintetik narkotiklərin və onların prekursorlarının yayılmasına qarşı mübarizə tədbirlərinin əlaqələndirilməsi üzrə Proqramı;
ŞƏT-ə üzv dövlətlərin 2026–2028-ci illər üçün beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə qarşılıqlı fəaliyyət planı;
ŞƏT-ə üzv dövlətlərin biomüxtəlifliyin qorunması və davamlı idarə olunması üzrə Təşəbbüsü;
ŞƏT-ə üzv dövlətlərin 2026–2031-ci illər üçün biomüxtəlifliyin qorunması və davamlı idarə olunması üzrə Birgə Fəaliyyət Planı;
ŞƏT-ə üzv dövlətlərin 2026–2030-cu illər üçün “Yaşıl Texnologiya Dəhlizi”nin yaradılması üzrə Əməkdaşlıq Proqramı;
ŞƏT-ə üzv dövlətlərin limanlarının və logistika mərkəzlərinin inkişafına dair 2026–2030-cu illər üçün Fəaliyyət Planı (“Yol Xəritəsi”);
ŞƏT çərçivəsində regional məlumat emalı mərkəzlərinin və hesablama gücünün yaradılması, həmçinin süni intellekt sənayesinin inkişaf etdirilməsi konsepsiyası;
ŞƏT Katibliyi ilə Afrika İttifaqı Komissiyası arasında Anlaşma Memorandumunun imzalanması haqqında sənəd;
ŞƏT-in fəaliyyəti çərçivəsində tərcümə xidmətlərinin göstərilməsi haqqında sənəd;
Pakistanın Lahor şəhərinin 2026=2027-ci illər üçün ŞƏT-in turizm və mədəniyyət paytaxtı elan edilməsi haqqında sənəd;
“ŞƏT-in Könüllü Səfiri” fəxri adı haqqında Əsasnaməyə dəyişikliklər edilməsi barədə sənəd;
ŞƏT-ə üzv dövlətlərin Dövlət Başçıları Şurasının qərarlarının tətbiqinin dayandırılması haqqında sənəd;
ŞƏT Baş katibinin təşkilatın 2025-ci ildəki fəaliyyəti haqqında hesabatı;
ŞƏT Regional Antiterror Strukturu Şurasının 2025-ci ildə görülən işlərə dair hesabatı;
ŞƏT-ə üzv dövlətlərin Dövlət Başçıları Şurasının nüvə və fiziki nüvə təhlükəsizliyi üzrə çoxtərəfli tərəfdaşlığın gücləndirilməsi haqqında Bəyannaməsi;
ŞƏT-ə üzv dövlətlərin Dövlət Başçıları Şurasının enerjiyə qənaət və enerji səmərəliliyi sahəsində əməkdaşlığın inkişafı haqqında Bəyanatı;
ŞƏT-ə üzv dövlətlərin Dövlət Başçıları Şurasının enerji sistemləri sahəsində qarşılıqlı əlaqələrin inkişafı haqqında Bəyanatı;
ŞƏT-ə üzv dövlətlərin Dövlət Başçıları Şurasının ailə institutunun dəstəklənməsi və gücləndirilməsi haqqında Bəyanatı;
ŞƏT-ə üzv dövlətlərin Dövlət Başçıları Şurasının fövqəladə hallardan zərər çəkmiş ölkələrə yardım göstərilməsi haqqında Bəyanatı.
Zirvə görüşü çərçivəsində ŞƏT-ə üzv dövlətlərin hökumətləri və səlahiyyətli qurumları arasında da bir sıra sənədlər imzalanıb.
Onların arasında:
ŞƏT-ə üzv dövlətlərin hökumətləri arasında cinayətkarlığa qarşı mübarizədə əməkdaşlıq haqqında 11 iyun 2010-cu il tarixli Sazişə dəyişiklik və əlavələr edilməsi haqqında Protokol;
ŞƏT-ə üzv dövlətlərin hökumətləri arasında iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
ŞƏT-ə üzv dövlətlərin hökumətləri arasında süni intellekt sahəsində əməkdaşlıq haqqında Memorandum;
ŞƏT-ə üzv dövlətlərin səlahiyyətli orqanları arasında informasiya sahəsində əməkdaşlıq haqqında Memorandum yer alır.
Beləliklə, Bişkekdə keçirilən ŞƏT sammitinin yekunları üzrə təhlükəsizlik, narkotiklərlə mübarizə, informasiya texnologiyaları, süni intellekt, enerji, ekologiya, logistika, turizm və digər sahələr üzrə çoxsaylı sənədlər qəbul edilib.
Bəsti Rəfizadə






