Donald Tramp və Kim Çen arasında sammit gözlənilir

Donald Tramp və Kim Çen arasında sammit gözlənilir
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Çen Inn arasında yaxın vaxtlarda görüş keçirilə bilər.

Sfera.az xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) parlamentin Kəşfiyyat Komitəsinə təqdim etdiyi brifinq zamanı ABŞ-Şimali Koreya münasibətlərinə dair qiymətləndirmələr aparıb. Kəşfiyyat qurumu ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen arasında sammitin keçirilməsini "hər an mümkün" ssenari kimi qiymətləndirib.

Bununla belə, ABŞ və Şimali Koreya arasında birbaşa dialoqun başladığını təsdiqləyən konkret məlumatın olmadığı bildirilib. NIS buna baxmayaraq, Vaşinqton və Pxenyan arasında dialoq qurulmasına dair müəyyən işarələrin mövcud olduğunu qeyd edib.

Qeyd edək ki, Donald Tramp avqustun 19-da verdiyi açıqlamada Kim Çen ilə yaxşı münasibətlərinin olduğunu bildirib. ABŞ lideri ilin sonuna doğru Şimali Koreya lideri ilə görüşə biləcəyini də söyləyib.

İradə Elsevər

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR