Hind okeanında tankerlə hərbi qüvvələr arasında insident baş verib

Kateqoriya məlum deyil
T
Hind okeanında tankerin və hərbi qüvvələrin iştirakı ilə insident qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
UKMTO-nun məlumatına görə, insident avqustun 30-da baş verib. Hadisənin hansı tankerlə bağlı olduğu, eləcə də insidentdə iştirak edən hərbi qüvvələrin kimə məxsus olduğu barədə hələlik məlumat açıqlanmayıb.
Qurum bölgədən keçən gəmilərə dəniz təhlükəsizliyi ilə bağlı son məlumatları nəzərə almağı və əməliyyat şəraitindəki dəyişiklikləri diqqətlə izləməyi tövsiyə edib.
Bildirilib ki, aidiyyəti qurumlar hadisədən xəbərdardır və insidentlə bağlı araşdırma davam etdirilir./teleqraf






