Rusiyada "Google" və "Telegram" böyük məbləğdə cərimələndi
Rusiyada "Google", "Telegram" və "Pinterest" platformaları qadağan olunmuş məzmunları silmədikləri üçün ümumilikdə 22,8 milyon rubl (263 min dollar) məbləğində cərimələnib. Sfera.az xəbər verir ki, Moskvanın Taqanski Rayon Məhkəməsi şirkətlərə qarşı açılan işlər üzrə qərar qəbul edib. Məhkəmə "Telegram"ın üç ayrı qadağan olunmuş məzmunu silmədiyinə görə 11,4 milyon rubl, "Google"un iki pozuntuya görə 7,6 milyon rubl, "Pinterest"in isə 3,8 milyon rubl cərimə ödəməsinə qərar verib. "Pinterest"ə