Qar uçqunu nəticəsində həlak olan alpinistlərin sayı 7 nəfərə çatdı
Nepalda qar uçqunu nəticəsində həlak olan alpinistlərin sayı yeddi nəfərə çatıb. Sfera.az "Nepal News"a istinadən xəbər verir ki, bu barədə polis rəisinin müavini Gyan Kumar Mahato bildirib. O bildirib ki, qrup 15 nəfərdən - xarici alpinistlərdən və nepallı bələdçilərdən ibarət olub. Ölənlərdən beşi əcnəbi - üçü ABŞ, biri Kanada, digəri isə İtaliya vətəndaşı olub. Həmçinin iki nepallı da həlak olub. Bundan başqa, dörd alpinist itkin düşüb, dördü isə yaralanıb.