İsrail Qəzzada hərəkətə keçdi

İsrail Qəzzada hərəkətə keçdi
Kateqoriya məlum deyil
T

İsrail əsgərləri Qəzza zolağında havadan və yerdən eyni vaxtda zərbələr həyata keçirib.

 

Sfera.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat verib. Məlumata əsasən, zərbənin hədəfi Fələstin radikal qruplaşması olub.

 

Hadisə anklavın cənub hissəsində baş verib. İsrail tərəfi bildirib ki, radikallar atəşkəs razılaşmasına uyğun olaraq İsrail qoşunlarının geri çəkildiyi “Sarı Xətt” adlanan ərazini keçiblər. Ordudan vurğulanıb ki, baş verənlər atəşkəsin pozulması kimi qiymətləndirilməməlidir.

 

Zərbənin məqsədi “qoşunlar üçün yaranan təhlükəni aradan qaldırmaq” olub. Bəyanatda qeyd edilib ki, İsrail ordusunun Qəzza zolağındakı bölmələri atəşkəs razılaşmasına uyğun dislokasiya vəziyyətində qalır və istənilən ani təhdidə qarşı tədbirlər görməyə davam edəcək.

 

Fidan Hacızadə

Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR