NATO illüziyadan əl çəkməlidir, Ukrayna uduzur - “The American Conservative”

NATO illüziyadan əl çəkməlidir, Ukrayna uduzur - "The American Conservative"
Kateqoriya məlum deyil
T

"NATO Ukrayna münaqişədə uduzması faktını qəbul edə bilmir və buna görə getdikcə ehtiyatsız təkliflər irəli sürür". 


Sfera.az xəbər verir ki, bu qeydlər ABŞ-nin “The American Conservative” jurnalında dərc edilən bir yazıda əksini tapıb.


Nəşr qeyd edir ki, Ukraynanın “qaçılmaz qələbəsi” mifi ABŞ-nin keçmiş prezidenti Co Bayden administrasiyasının Kiyevə maliyyə və hərbi yardımı siyasətinin ilkin mərhələlərində yaranıb. Həm Qərb rəsmiləri, həm də analitiklər Ukraynanın mümkün qələbəsini proqnozlaşdırmağa davam etsələr də, jurnal vurğulayır ki, bu etimad əsassızdır.


Məqalədə bildirilir ki, münaqişədə Rusiya üstünlük qazanır və Ukrayna yalnız NATO-nun böyük maliyyə və hərbi yardımı sayəsində döyüşə davam edə bilir. Ukraynanın qələbə şansı demək olar ki, mövcud olmadığından, bəzi NATO rəsmiləri alyansın münaqişədə iştirakını artırmağa çağırır.


Jurnalın məlumatına görə, Ukrayna üzərində uçuşa qadağa zonası tətbiq etmək və hətta pilotlu Rusiya təyyarələrini vurmaq kimi ehtiyatsız təkliflər NATO daxilində müzakirə olunur. Hətta sülhməramlı qoşunların Ukraynaya göndərilməsi ilə bağlı təkliflər də artıq avtomatik rədd edilmir.


Nəşr yazır ki, ABŞ və NATO rəsmiləri Ukraynanın Rusiya üzərində qələbəsi ilə bağlı illüziyadan əl çəkməlidir.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR