İtaliya Ukraynaya yardım edəcək - Bu silahlar veriləcək

İtaliya Ukraynaya yardım edəcək - Bu silahlar veriləcək
Kateqoriya məlum deyil
T

İtaliyanın Müdafiə naziri Quido Krosetto Ukraynaya 12-ci hərbi yardım paketinin tezliklə hazırlanacağını açıqlayıb.


Sfera.az xəbər verir ki, bu barədə“ANSA” agentliyi məlumat yayıb. 


“Ukraynaya gəlincə, bizim mövqeyimiz dəyişməz olaraq qalır. Biz Kiyevə bacardığımız qədər kömək etməyə davam edirik. Yaxın gələcəkdə əvvəlki on bir paket kimi yeni yardım paketi təqdim etməyi planlaşdırırıq”, – deyə o, agentliyə bildirib.


Almaniyanın Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri göndərməsi ilə bağlı sualı cavablandıran Krosetto qeyd edib ki, bu sistemlər Almaniyada var və onlar onları Ukraynaya göndərə bilərlər. 

 

Nazir əlavə edib ki, İtaliya əldə olan bütün imkanlarını artıq təqdim edib. 


Kiyevə göndərilən İtaliya hərbi yardım paketlərinin detalları məxfi saxlanılır, lakin məlumdur ki, Roma Ukraynaya ən azı bir ədəd “SAMP-T” hava hücumundan müdafiə sistemi verib.


Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bəyan edib ki, Ukraynaya silah tədarükü cəbhədə vəziyyəti dəyişməyəcək, əksinə, münaqişəni uzadacaq.


Xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Ukraynaya göndərilən hər bir silah partiyası Rusiya üçün qanuni hədəf sayılır və bu silahları təmin edən ölkələr münaqişənin birbaşa iştirakçısına çevrilirlər.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR