Bu ölkə quş qripi ilə bağlı xüsusi rejimə keçdi

Bu ölkə quş qripi ilə bağlı xüsusi rejimə keçdi
Kateqoriya məlum deyil
T

Avstriya quş qripinin ilk hallarına görə “yüksək riskli” rejimə keçib.

 

Sfera.az xəbər verir ki, bu barədə ORF televiziyası məlumat yayıb.

 

Ölkənin Səhiyyə Nazirliyinin əmri çöl quşları ilə ev quşlarının təmasının qarşısını almaq məqsədi daşıyır.

 

"Səlahiyyətlilər quş qripinin yerli təsərrüfatlara keçməsinin qarşısını almaq üçün tədbirlər görür. Daha sərt sanitar qaydalar tövsiyə olunur, lakin ev quşlarının məcburi qapalı saxlanması tətbiq edilmir. Ev quşları sadəcə vəhşi quşlarla təmasdan qorunmalıdır", - nazirliyin məlumatında qeyd olunur.

 

Nəqliyyat, avadanlıqların hərtərəfli təmizlənməsi və dezinfeksiya edilməsi tövsiyə olunur.

 

Qeyd edək ki, bu günə qədər Avstriyada çöl quşlarında H5N1 virusuna 5 yoluxma halı müəyyən edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR