Zaxarova: İtaliya Ukraynaya pul xərcləsə“dağılacaq”

Kateqoriya məlum deyil
T
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İtaliyanın Ukraynaya maliyyə dəstəyi ilə bağlı sərt açıqlama verib.
Sfera.az bildirir ki, o, İtaliya hökumətinin vergi ödəyicilərinin pullarını “mənasız yerə” xərclədiyini iddia edərək, bu siyasətin ölkəni iqtisadi və infrastruktur baxımından çöküşə aparacağını bildirib.
“İtaliya hökuməti vergi ödəyicilərinin pullarını mənasız yerə xərclədikcə, İtaliya iqtisadiyyatdan tutmuş qüllələrə qədər dağılacaq”, - deyə Zaxarova qeyd edib.
Diplomatın sözlərinə görə, bu ilin may ayında İtaliyanın Ukraynaya dəstəyi 2,5 milyard avroya çatıb. O, bu xərclərin ölkənin daxili sabitliyinə mənfi təsir göstərə biləcəyini vurğulayıb.
Açıqlama beynəlxalq ictimaiyyətdə müzakirələrə səbəb olub.
Aynur






