Vuçiç Avropaya silah təklif edir: "Fransadan çox istehsal edirik"

Serbiya Prezidenti Aleksandar Vuçiç Almaniyanın “Cicero” jurnalına müsahibəsində ölkəsinin Avropa İttifaqına döyüş sursatı təmin etmək təklifini irəli sürdüyünü açıqlayıb.
Sfera.az xəbər verir ki, Vuçiçin sözlərinə görə, Serbiya Fransadan daha çox döyüş sursatı istehsal edir.
“Mən münaqişə tərəflərini daim sursatla təmin edən biri kimi görünmək istəmirəm, lakin Avropanın buna ehtiyacı var. Ona görə də Aİ-dəki dostlarımıza təklif etdim ki, satış müqaviləsi bağlasınlar və bizdə olan hər şeyi alsınlar. Bu, Belqrad tərəfindən Avropanın təhlükəsizliyinə fenomenal töhfə olacaq”, – deyə o bildirib.
Prezident əlavə edib ki, alıcılar sursatla istədiklərini edə bilərlər, lakin Serbiya yalnız uzunmüddətli müqavilə tələb edir ki, planlaşdırmanı təmin etsin. Vuçiç həmçinin Serbiyanın Avropa orduları ilə əməkdaşlığa və Avropa qüvvələri ilə mövcudluğunu artırmağa hazır olduğunu vurğulayıb.
Aİ-nin təklifə cavab verib-verməməsi barədə suala isə Vuçiç qeyd edib:
“Mən hələ də yekun cavabı gözləyirəm”.
Niyaz Hacıyev
Sfera.az






