NATO dronların sayını artıracaq

NATO dronların sayını artıracaq
Kateqoriya məlum deyil
T

NATO Transformasiya Komandanlığının Avropadakı nümayəndəsi, general-mayor Konstantin-Adrian Çolponya bildirib ki, alyans 2026-cı ilin ortalarına qədər şərq cinahında yerləşən qüvvələrinə pilotsuz uçuş aparatlarını (PUA) inteqrasiya edəcəklər.


Sfera.az xəbər verir ki, bu barədə “TASS” informasiya agentliyi məlumat yayıb. 


“Dronların inteqrasiyasının alternativi yoxdur,” – deyə Çolponya bildirib. 

 

O əlavə edib ki, 2026-cı ilin əvvəlindən NATO ölkələri pilotsuz təyyarələri və əks-dron sistemlərini aktiv şəkildə sınaqdan keçirəcək, ilk nəticələr isə NATO-nun növbəti sammitində, 2026-cı ilin iyulunda Ankarada açıqlanacaq.


Çolponya həmçinin bildirib ki, NATO-nun “Şərq Gözətçisi” əməliyyatı çərçivəsində dronlar alyansın hava hücumundan müdafiə şəbəkəsinin sistem komponenti olaraq istifadə olunacaq və əsas məqsəd blokun hava məkanında pilotsuz uçuş aparatları ilə effektiv mübarizə aparmaqdır.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR