Britaniya Aİ-yə qayıda bilər - Fransa qapını açıq saxlayır
Fransanın maliyyə naziri Roland Leskur Böyük Britaniyanın istənilən vaxt Avropa İttifaqına (Aİ) qayıda biləcəyini bildirib. Sfera.az xəbər verir ki, Leskur bu barədə “BBC”yə açıqlamasında danışıb. “Britaniya xalqı vaxtilə Aİ-dən çıxmaq qərarı verdi və təbii ki, bunun üçün tam hüquqa malik idi. Əgər indi geri qayıtmaq istəyirlərsə, yeni qərar verməli olacaqlar. Deyə bilərəm ki, istənilən vaxt geri qayıda bilərlər”, - Fransa maliyyə naziri deyib. O, Aİ üzvlüyünün müəyyən çətinliklər və əlavə