Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
Kateqoriya məlum deyil
T

Avropa Parlamenti Gürcüstandakı siyasi vəziyyətlə bağlı qətnamə qəbul edib.

Sfera.az xəbər verir ki, oktyabrın 8-də keçirilən plenar iclasda qəbul olunan qətnamədə hakim “Gürcü Arzusu” partiyasının müxalifət partiyalarının fəaliyyətini qadağan etmək cəhdləri pislənilib.

Qətnamənin lehinə 445 deputat səs verib, 37 deputat əleyhinə çıxıb, 97 deputat isə bitərəf qalıb.

Sənəddə müxalifət birliklərinin qadağan edilməsinə yönəlmiş cəhdlərə son qoyulması və onlara qarşı təqdim edilmiş konstitusiya iddiasının geri götürülməsi tələb olunur.

Avropa Parlamenti, həmçinin Avropa İttifaqına və üzv ölkələrə Gürcüstanın sabiq baş naziri və “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze, parlamentin spikeri Şalva Papuaşvili və Tbilisi meri Kaxa Kaladzeyə qarşı sanksiyalar tətbiq etməyə çağırış edib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR