Britaniya Aİ-yə qayıda bilər - Fransa qapını açıq saxlayır

Britaniya Aİ-yə qayıda bilər - Fransa qapını açıq saxlayır
Kateqoriya məlum deyil
T

Fransanın maliyyə naziri Roland Leskur Böyük Britaniyanın istənilən vaxt Avropa İttifaqına (Aİ) qayıda biləcəyini bildirib.

Sfera.az xəbər verir ki, Leskur bu barədə “BBC”yə açıqlamasında danışıb.

“Britaniya xalqı vaxtilə Aİ-dən çıxmaq qərarı verdi və təbii ki, bunun üçün tam hüquqa malik idi. Əgər indi geri qayıtmaq istəyirlərsə, yeni qərar verməli olacaqlar. Deyə bilərəm ki, istənilən vaxt geri qayıda bilərlər”, - Fransa maliyyə naziri deyib.

O, Aİ üzvlüyünün müəyyən çətinliklər və əlavə öhdəliklər yaratdığını, lakin üzvlüyün ölkələrə qlobal çağırışlarla daha effektiv mübarizə aparmağa imkan verdiyini vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Endi Bernem ötən həftə ölkəsinin Avropa İttifaqı ilə münasibətlərinin gələcəyi üçün müxtəlif variantların nəzərdən keçirilməli olduğunu bildirib. O, mövcud münasibətlərin dəyişmədən qalması ilə yanaşı, Britaniyanın Aİ-yə tam qayıtmasını da istisna etməyib. Bernem həmçinin ölkəsinin Aİ-nin gömrük ittifaqına və ya vahid bazarına qoşulmasının mümkünlüyünü qeyd edib.

Baş nazir sentyabr ayında Leyboristlər Partiyasının qurultayında Britaniyanın Aİ-dən çıxmasının ümumilikdə ölkəyə zərər vurduğunu bildirib. O, Londonun hazırda Avropa ölkələri ilə münasibətləri bərpa etməyə və daha sıx ticarət əlaqələri qurmağa diqqət yetirməli olduğunu vurğulayıb.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR